📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ruslara işləyən polkovnik ələ keçdi

2025-02-12 19:19:51

Ruslara işləyən polkovnik ələ keçdi

Ukrayna Təhlükəsizlik Xidmətinin Antiterror Mərkəzinin Baş Qərargahının rəhbəri düşmənə işləməkdə ifşa olunaraq saxlanılıb.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Təhlükəsizlik Xidməti öz sıralarında yüksək səviyyəli rus köstəbəyini ifşa edib və onun 14 qanunsuz fəaliyyət epizodunu sənədləşdirib.

Rusiya FTX-yə işləyən şəxs qurum rəisi, polkovnik Dmitri Kozyura olub.

Ukrayn Təhlükəsizlik Xidmətinin sədri də əməliyyatda iştirak edib, bütün mərhələləri prezident Zelenskiyə çatdırıb.

Bildirilir ki, UTX uzun müddət Dmitri Kozyura vasitəsilə düşmənə dezinformasiya ötürüb.

 

\\Ölkə.Az