📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rusları məcbur etməliyik ki, yolu açsınlar” - Ermənilərin “sülhməramlılar”a etirazı artır

2023-05-01 17:36:00

“Rusları məcbur etməliyik ki, yolu açsınlar” - Ermənilərin “sülhməramlılar”a etirazı artır

“BMT bizim çağırışlara ona görə məhəl qoymur ki, biz heç vaxt deməmişik ki, Rusiya sülhməramlıları öz öhdəliklərini yerinə yetirmir”.

Hurriyyet.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu Qarabağdakı erməni fəallarından biri olan Artur Osipyan deyib.

Özünü qondarma “artsax inqilab partiyası”nın başçısı kimi təqdim edən Osipyan Rusiya hərbi kontingentinin ifşa olunmasının vacibliyini qeyd edib və deyib ki, ermənilər rus sülhməramlılarından BMT-yə və digər beynəlxalq təşkilatlara şikayət etməlidirlər: ”artsax hakimiyyəti həmişə Rusiya sülhməramlılarına təşəkkür edib, hətta biz ərazi güzəştləri(?) edəndə və itkilər verəndə də. Hakimiyyətin günahı ondadır ki, onlar bir dəfə də olsun beynəlxalq birliyə sülhməramlıların öz vəzifələrini yerinə yetirmədiklərini çatdırmayıblar”.

O, bildirib ki, ermənilər “sülhməramlıları” Laçın yolunu “açmağa” vadar etməli, əks təqdirdə BMT-yə rus hərbi kontingentindən şikayət etməlidirlər.

Qeyd edək ki, xüsusilə də Azərbaycan Ermənistanla sərhəddə, Həkəri çayı üzərindəki körpüdə nəzarət-buraxılış məntəqəsi quraşdırandan sonra ermənilərin “sülhməramlılar”dan narazılığı xeyli artıb.

Azpolitika.info