Rusların artilleriya divizionu məhv edildi
2022-07-22 15:05:00
Ukrayna ordusu rusların artilleriya divizionunu, şəxsi heyətini və avtomobil texnikasını məhv edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Desant-Hücum Qoşunları məlumat yayıb.
Məlumata görə, 8 ədəd 2A65 “Msta-B” haubitsası, divizionun canlı qüvvəsi, avtomobil texnikası, döyüş sursatları məhv edilib.