📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusların Finlandiyaya girişi tamamilə qadağan edildi

2022-09-22 12:24:00

Rusların Finlandiyaya girişi tamamilə qadağan edildi

"Finlandiya Rusiya vətəndaşlarının öz ərazisinə giriş hüququ ilə bağlı yeni məhdudiyyətlər tətbiq etmək üzrədir".

Hurriyyet.az xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Xaavisto Nyu-Yorkda iştirak etdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə  görə, Rusiya Federasiyası vətəndaşı olan turistlərin heç nə olmamış kimi istirahətə getməsinin heç bir mənəvi-etik əsası yoxdur.

"Finlandiya Şengen vizası olan Rusiya vətəndaşları üçün tranzit ölkə olmaq fikrində deyil", - deyə nazir Xaavisto vurğulayıb.

yenisabah.az