📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusların narahat gecəsi: 31 Ukrayna dronu...

2026-02-02 10:34:48

Rusların narahat gecəsi: 31 Ukrayna dronu...

Rusiya hava hücumundan müdafiə sistemləri gecə Rusiyanın 6 bölgəsi üzərində Ukraynaya məxsus 31 pilotsuz təyyarəni vurub.

Hurriyyet.org  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ukrayna dronlarının əksəriyyəti - 22 PUA Belqorod bölgəsi üzərində məhv edilib.

Krasnodar diyarı səmasında 4, Rostovda 2, Həştərxan, Bryansk və Kursk vilayətləri üzərində isə Ukrayna Silahlı Qüvvələrinə məxsus 1 pilotsuz təyyarə zərərsizləşdirilib.