📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusların təlaşı: intensiv hücumların səbəbi budur

2022-05-05 09:07:00

Rusların təlaşı: intensiv hücumların səbəbi budur

Rus işğalçıları hücum üçün bir neçə istiqamət müəyyən ediblər, təzyiqlər qarşıdan gələn 9 may ilə bağlıdır.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, cəbhədəki vəziyyət son günlərlə müqayisədə ciddi dəyişməyib. Belə ki, ruslar hələ də İzyum, Zaporojye və Xerson istiqamətlərini yarıb keçməyə çalışırlar.

O, həmçinin bildirib ki, toqquşma xəttində taktiki hərəkətlər gedir, düşmənin texnika üstünlüyü var. Lakin işğalçıların aviasiya və artilleriyadakı üstünlüyü onların qarşısında duran hərbi və siyasi vəzifələri yerinə yetirməyə imkan vermir.