📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusların Ukraynaya atdığı raket Moldovaya düşüb - Video

2022-10-31 16:22:00

Rusların Ukraynaya atdığı raket Moldovaya düşüb - Video

"Oktyabrın 31-də, bazar ertəsi səhər Moldovada, Oknitsa rayonunun Naslavça kəndinin ucqar şimalında (Ukrayna ilə sərhəd yaxınlığında yerləşir) vurulmuş Rusiya raketi düşüb".

Hurriyyet.az xəbər verir ki Moldova Daxili İşlər Nazirliyinin məlumatına görə, düşmən raket Ukraynanın zenit sistemi tərəfindən vurulub.

Nazirlikdən verilən məlumatda bildirilir ki, Rusiya raketi yaşayış məntəqəsindən kənara düşüb və buna görə də tələfat qeydə alınmayıb. Eyni zamanda, Moldova Daxili İşlər Nazirliyi əlavə edib ki, kənddə sursatların düşməsi nəticəsində bir neçə yaşayış evinin pəncərələri zədələnib.

Rusiya raketinin düşmə anı videoya düşüb, "NordNews" portalı müşahidə kamerası tərəfindən lentə alınan videonu yayıb.

Ukrayna hakimiyyətinin məlumatına görə, düşmən bu gün səhər saatlarında Naslavçadakı bənddən 10 km aralıda yerləşən Dnestr Su Elektrik Stansiyasının bəndinə pilotsuz uçuş aparatları ilə hücum edib. Düşmən Dnestr su elektrik stansiyasının bəndini zədələməyə çalışsa da buna nail ola bilməyib və bundan sonra bənddəki elektrik qurğularına hücum edilib. Ukrayna tərəfi bildirir ki, su elektrik stansiyası nəzarətdə saxlanılır və daşqın təhlükəsi yoxdur.

Xatırladaq ki, oktyabrın 10-da səhər saatlarında Rusiyanın Ukraynaya kütləvi raket hücumu zamanı Rusiyanın 3 qanadlı raketi Moldovanın hava məkanına daxil olub. Hadisədən sonra Moldovanın xarici işlər naziri Niku Popesku bildirib ki, onun ölkəsi Rusiyanın Ukrayna dövlətinə qarşı təcavüzünün davam etməsini pisləyir.

Rusiya Ukraynanın bir sıra bölgələrinə, xüsusən də Moldova ilə həmsərhəd olan Çernivtsi, Vinnitsa və Odessa bölgələrinə hücum edib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, bu gün səhər saatlarında düşmənin "Tu-95", "Tu-160" strateji təyyarəsindən 50-dən çox "Kh-101", "Kh-555" qanadlı raket buraxılıb və onlardan 44-ü vurulub.

Bizimyol.info