📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusların yeni hücum hazırlığı: 9 ay davam edəcək...

2025-03-29 23:29:00

Rusların yeni hücum hazırlığı: 9 ay davam edəcək...

Rusiyanın 2025-ci ilin aprel-may aylarında Ukraynaya yeni hücuma hazırlığı hələ 2024-cü ilin payızında məlum idi.

"Hurriyyet.az" xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksey Getman deyib.

"Ruslar bunu gizlətməyib, hətta bu hücum əməliyyatının nə qədər hesablanmış olduğunu bildiriblər. Onun 6 aydan 9 aya qədər davam edəcəyini proqnozlaşdırıblar", - ekspert qeyd edib.

Rusların genişmiqyaslı hücum üçün resurslarının olub-olmaması barədə danışan Getman deyib:

"Üç istiqamət - Xarkov, Sum və Zaporojye vilayətləri. Nəzəri cəhətdən buna imkan vermək olar, amma praktikada - onların hansısa ciddi hücum hərəkətləri edə biləcəklərini gözləmək... cəhdlər olacaq, lakin onların qoşunlarının sayı artmayıb, onların nə ehtiyatı, nə də resursları var". \\Axar.az