Rüstəm Muradova yüksək vəzifə verildi
2022-10-07 16:14:00
Hurriyyet.az xəbər verir ki, Dağıstan Respublikasının başçısı Sergey Melikov Rusiya qəhrəmanı general Rüstəm Muradovun Rusiyanın Şərq Hərbi Dairəsinin komandanı təyin olunduğunu bəyan edib.
Sergey Melikov öz “Teleqram” kanalında yazıb: “Həmyerlimiz, Rusiya qəhrəmanı Rüstəm Usmanoviç Muradov Şərq Hərbi Dairəsinin komandanı təyin edilib – bu, ölkənin ən güclü hərbi dairələrindən biridir”.
O, Muradovla dost olması ilə fəxr elədiyini, bu təyinatı düzgün qərar hesab elədiyini qeyd edib.
2018-ci il 25 dekabr tarixindən Muradov Cənub Hərbi Dairəsi Qüvvələrinin komandanının müavini postunu tutmuşdu. 2020-ci il noyabrın 11-dən 2021-ci il sentyabrın 9-na qədər isə Qarabağda Rusinın sülhməramlı qüvvələrinə başçılıq edib.
Hürr Tərcüman