Rüşvətə görə həbs olunanlar azadlığa çıxır, əvəzində…
2023-05-12 12:05:00
Bəzi blogerlər, partiyalar, təşkilatlar Prezidentin əfv Sərəncamına kölgə salmağa çalışır. AXC-Musavat və Milli Şura kimi təşkilatlar 3-4 toyuq oğrusunun əfvə düşməməsinə görə hay-küy salır.
Hurriyyet.az xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, rüşvətə görə həbs olunanlar bu gün azadlığa çıxıb əfv sərəncamına kölgə salırlar:
“Onların niyyətini biz yaxşı bilirik. Amma buna baxmayaraq, atılan bu humanist addım yüksək diqqətə və qiymətə layiqdir”.
axar.az