📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ryabkov: Rusiya Ukrayna danışıqlarında Ankoricin fundamental anlaşmalarını müdafiə edir

2026-01-24 22:07:34

Ryabkov: Rusiya Ukrayna danışıqlarında Ankoricin fundamental anlaşmalarını müdafiə edir

Ukrayna ilə bağlı danışıqlarda Rusiya tərəfi Ankoric sammitindən sonra ABŞ ilə əldə edilən fundamental anlaşmaları müdafiə edir.

"Report" un məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a müsahibəsində bildirib.

"Son günlərdə müxtəlif formatlarda demək olar ki, fasiləsiz davam edən təmaslar zamanı Rusiya və ABŞ prezidentlərinin Ankoricdə keçirilən görüşü zamanı əldə etdikləri fundamental anlaşmalara tam uyğun bir həll planının hazırlanması üçün bütün səylərimizi göstəririk", - deyə nazir müavini qeyd edib.

Eyni zamanda, Ryabkov baş verənlərin təfərrüatlarını araşdırmağın əks nəticə verəcəyini və onun tərəfindən tamamilə məsuliyyətsiz olacağını vurğulayıb.