S-500 və S-550 sistemləri gündəmdədir! Putinlə görüş gözlənilir
2021-11-22 17:43:00
Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin noyabr ayında S-400 Hava Hücumundan Müdafiə Sistemlərinin tədarükü ilə bağlı Hindistana səfər eləməsi gözlənilir. Rusiya liderinin Hindistanın Baş naziri Narendra Modi ilə görüşü zamanı S-500 və S-550 HHM sistemlərinin satışının gündəmə gətiriləcəyi iddia edilir. Danışıqların müsbət nəticələnəcəyi halda Hindistan Rusiya istehsalı olan S-500 və S-550 SAM hava müdafiə sistemlərinin ilk xarici alıcısı ola bilər. İddia ilə bağlı rəsmi açıqlama verilməyib.
Yeni Dehli 1991-ci ildən indiyə qədər Moskvadan 70 milyard dollarlıq ağır silahlar satın alıb.
Hürr Tərcüman