“Saakaşvili 3 gündür ki, yataqdan qalxmır”
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili Ukraynanın ombudsmeni Lyudmila Denisovaya məktubunda son üç gün ərzində yataqdan durmadığını, analizlərinin nəticələrinin getdikcə pisləşdiyini bildirib.
Denisova Gürcüstana gəlsə də, onun Saakaşvili ilə görüşməsinə icazə verməyiblər. Ombudsmen Qldan zindan xəstəxanasının rəhbərliyi və baş həkimi ilə görüşməyə çalışır.
Denisova “Teleqram” şəbəkəsindəki hesabında məktubun fotosunu yerləşdirərək yazıb: “Vəkil mənə Mixail Saakaşvilidən məktub gətirib. O, məktubda yazır ki, artıq üçüncü gündür, demək olar, yataqdan qalxmır, analizlərinin nəticələri isə getdikcə pisləşir. Mixailin qaldığı palatada tibbi avadanlıq və hətta həkimi çağırmaq üçün siqnal düyməsi yoxdur. Tibb konsilium ilə şəxsi həkimini yanına buraxmırlar”.
Gürcüstanın Ədliyyə Nazirliyi isə onun Saakaşvilinin yanına buraxmayacağını bildirib.
Hürr Tərcüman