📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvili 45 kq arıqlayıb - Həkimlər təşvişdə

2023-01-30 16:30:00

Saakaşvili 45 kq arıqlayıb - Həkimlər təşvişdə

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili bədən çəkisinin 39,3%-ni itirib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında endokrinoloq Lali Cavaşvili bildirib. 

O, M. Saakaşvilinin səhhətində kliniki kaçexia və malabsorbsiya yarandığını və intensiv şəkildə çəki itirdiyini qeyd edib. 

Həkim Sakaşvilinin durumunun ciddi olduğunu və onda digər simptomların da yarandığını bildirib. 

Lali Cavaşvilinin sözlərinə görə, M. Saakaşvilinin çəkisi 45 kiloqram azalaraq 115 kiloqramdan 69 kiloqrama düşüb. 

Bakupost.az