Saakaşvili aclığı dayandırmır
2021-11-01 17:59:00
Hurriyyet.org “Qruzia onlayn” portalına istinadən xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəkili Nika Qvaramiya ard-arda edilən çağırışlara baxmayaraq, məhkumun aclığı dayandırma niyyətində olmadığını bildirib.
Nika Qvaramiya deyib: “Vəziyyəti gündən-günə pisləşir, lakin o, güclüdür. İndi ona qəzəbi güc verir, çünki Gürcüstan vətəndaşları üçün hökuməti dəyişməyin yeganə yolunu bağlayıblar... O, aclığı dayandırmağa hazırlaşmır”.
Xatırladaq ki, Saakaşvili həbs edilməsinə etiraz olaraq oktyabrın 1-dən aclıq aksiyasına başlayıb.
Hürr Tərcüman