📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvili Baş nazir ola bilərmi? Qərarı Prezident Zurabişvili verəcək

2023-06-09 11:03:00

Saakaşvili Baş nazir ola bilərmi? Qərarı Prezident Zurabişvili verəcək

Hurriyyet.az “Qruziya Onlayn” saytına istinadla xəbər verir ki, Gürcüstan hakimiyyəti ölkənin Vahid Milli Hərəkat partiyasının ölkənin keçmiş prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvilinin respublikasının Baş naziri postuna seçilməsi planları ilə bağlı açıqlama verib. Gürcüstanın Ədliyyə naziri Rati Breqadze hazırda əcnəbilərin Gürcüstanda seçki hüququnun olmadığını bəyan edib: “Başqa bir ölkənin vətəndaşının Gürcüstanın Baş naziri ola bilməsi və siyasətlə məşğul ola bilməsi sualı doğrudan da yumoristikdir. Xarici dövlətin vətəndaşının Gürcüstan siyasətində bu şəkildə iştirakı baş verə bilməz. Saakaşvili hazırda Gürcüstan vətəndaşı olmadığından, dövlətin siyasətində iştirak edə bilməz.Ona Gürcüstan vətəndaşlığı lazımdır”.

Saakaşviliyə vətəndaşlıq verilməsi məsələsi ilə bağlı sualın cavabında nazir bunun ölkə Prezidenti Salome Zurabişvilinin səlahiyyətinə daxil olduğu və sualın da ona ünvanmalı olduğunu söyləyib: “Bu, Prezidentin qanuni səlahiyyətidir. Vətəndaşlıq verib-verməmək məsələsini o həll edə bilər. Hərçənd, dövlət başçısının (Saakaşvilinin – red.), ali baş komandanın Gürcüstan vətəndaşlığından imtina edərək, xarici dövlətin vətəndaşlığını qəbul etməsi həqiqətən də təəccüblüdür. Çox qəribə haldır və dünya siyasətində belə hal çox yayılmayıb. Bu, həqiqətən də, kədərli fakt idi”.

Hürr Tərcüman