📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvili fikrini dəyişdi, aclığa davam edir

2021-11-13 09:10:00

Saakaşvili fikrini dəyişdi, aclığa davam edir

Mixail Saakaşvili mülki klinikaya köçürülənə qədər aclığı davam etdirəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında onun vəkili Şota Tutberidze deyib.

Onun sözlərinə görə, eks-prezidentin vəziyyəti ağırdır, amma özünü inamlı hiss edir:

“Əlbəttə, biz onun səhhətinin gündən-günə pisləşməsindən narahatıq. Ancaq onun mövqeyi dəyişməyib. Saakaşvili hesab edir ki, qələbəyə qədər mübarizə davam etməlidir”.

Qeyd edək ki, Saakaşvili ötən gün Avropa Məhkəməsinin və Qərb tərəfdaşlarının müraciətini nəzərə alaraq, aclıq aksiyasını dayandırmaq qərarına gəldiyini bildirmiş, ancaq bunun üçün mülki xəstəxanaya köçürülməsini şərt olaraq irəli sürmüşdü.