Saakaşvili gürcü xalqına müraciət etdi: “Azad edin”
2021-11-04 17:56:00
Hurriyyet.az xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstan vətəndaşlarını onun əfv edilməsini gözləməyərək hərəkətə keçməyə çağırıb. Bu çağırış onun adından yayılan növbəti müraciətdə edilib.
Saakaşvilinin fikrincə onu yalnız gürcü xalqı azad edə bilər və xalq özü özünü azad edəcəkdir.
Müraciətdə deyilir: “Bütün Gürcüstanda davam edən vətəndaş həmrəyliyi və fəallığı prosesini alqışlayıram”.
Hürr Tərcüman