📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvili: “Gürcüstan düşmən qüvvələrinin Ermənistandan Ukraynaya uçmasına yol verməməlidir”

2022-03-11 13:46:00

Saakaşvili: “Gürcüstan düşmən qüvvələrinin Ermənistandan Ukraynaya uçmasına yol verməməlidir”

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili hazırda onu həbsdə saxlayan Gürcüstan hakimiyyətinə Rusiyanı dəstəkləməməsi üçün xəbərdarlıq edib. Saakaşvili öz “Feysbuk” səhifəsində yazıb: “Gürcüstan hakimiyyətinə xəbərdarlıq edirəm ki, düşmən qüvvələrinin Ermənistandan Ukraynaya getməsi üçün bizim hava məkanından yol verməyə cürət belə eləməsinlər. 2008-ci ildə Ukrayna rəsmi şəkildə Rusiya donanmasına Krımdan çıxmağı qadağan etdi”.

Hürr Tərcüman