📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Saakaşvili həqiqətən də Gürcüstandadırsa, deməli, dövlətimiz yoxdur, dağılıb”

2021-10-01 14:35:00

“Saakaşvili həqiqətən də Gürcüstandadırsa, deməli, dövlətimiz yoxdur, dağılıb”

Hurriyyet.az “Qruzia onlayn” portalına istinadən xəbər verir ki, Gürcüstanda “Lelo” müxalifət partiyasının lideri Mamuka Xazaradze Mixail Saakaşvilinin ölkəyə gəlməsi barədə məlumatı şərh edərkən həmin faktın doğru olduğu təqdirdə, bunun dövlət strukturlarının idarəçiliyi bacarmadıqlarının isbatı olacağını söyləyib. Xazaradze deyib: “Videonu görmüşəm. Əgər bu, belədirsə, sübut edir ki, ölkədə nə dövlət, nə strukturlar, nə sərhəd, nə DİN, nə (yalnız din xadimləri ilə sizləri – dinc vətəndaşları dinləyən) təhlükəsizlik xidməti var. Əgər bu, belədirsə, deməli, dövlət dağılıb. Mən informasiyanın dəqiqləşdirilməsini gözləyirəm. Yalnız bundan sonra şərh verə bilərəm”.

Xəbər verildiyi kimi, bu gün səhər saatlarında Saakaşvili Batumidə çəkildiyini iddia elədiyi iki video paylaşaraq, Gürcüstanda olduğunu bəyan edib. “Gürcüstan arzusu” ilə Daxili İşlər Nazirliyi isə onun ölkədə olmadığını iddia edirlər.

Hürr Tərcüman