📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvili hərbi hospitala aparılıb

2021-11-20 12:16:00

Saakaşvili hərbi hospitala aparılıb

 

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili reanomobil ilə Tbilisidən 80 km məsafədə yerləşən Qoridəki hərbi hospitala aparılıb.

Bu barədə məlumatı Gürcüstanın “Pirveli” telekanalı yayıb. Saakaşvilini şəxsi həkimi Nikoloz Kipşidze, vəkilləri Nika Qvaramiya və Dmitri Sadzaqlişvili müşayiət ediblər.

Xatırladaq ki, cümə günü Saakaşvili Qoridəki hərbi hospitala aparılmasına və oktyabrın 1-də başladığı aclığı dayandırmağa razılıq verib.

Hürr Tərcüman