“Saakaşvili ilə yazışırıq” - Zelenski
2021-12-21 23:08:00
Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanda həbsdə olan keçmiş prezident Mixail Saakaşvili ilə yazışdığını deyib.
Bu barədə o, jurnalistlərə açıqlamasında deyib:
“Açığı, mən ondan məktublar alıram. O da məndən məlumat alır. Cənab Saakaşvili ilə bağlı Gürcüstan dövlətinin rəhbərliyi ilə danışmışam”.
Zelenskinin sözlərinə görə, gürcü prezidentlə Saakaşvilinin anasının həbsxanaya buraxılması və oğlu ilə görüşməsi üçün danışıqlar aparıb:
“Mən zəng vurub bu barədə xahiş etdim. Səmimi deyirəm. Bizə etiraz etmədilər. Mən istədim ki, həkimlərimiz prosesə cəlb olunsun. Hələlik bununla bağlı ləngimə var”. \\Qafqazinfo