📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvili: “Londonda Lukaşenko ilə məxfi görüşlər keçirmişəm”

2022-02-09 18:50:00

Saakaşvili: “Londonda Lukaşenko ilə məxfi görüşlər keçirmişəm”

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili bu gün Tbilisi məhkəməsindəki çıxışı zamanı dövlət başçısı olduğu dövrdə Londonda Belarus Prezidenti ilə məxfi görüşlər keçirdiyini bildirib. Saakaşvili bu görüşlərdə məqsədinin Lukaşenkonu separatçı Abxaziya və Cənubi Osetiya respublikalarının müstəqilliklərini tanımaq fikrindən daşındırmaq olduğunu söyləyib.

Qeyd edək ki, Lukaşenko bu günlərdə rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliklərini tanımaq məsələsini istisna etmədiyini söyləyib. Gürcüstanın Xarici İşlər Nazirliyi isə Abxaziya ilə Cənubi Osetiyanın tanınmaları məsələsinin Gürcüstan-Belarus münasibətlərinin gündəmində olmadığını bəyan edib.

Saakaşvili məhkəmə iclasındakı çıxışında deyib: “Mən üç-dörd dəfə Londonda olmuşam, (səfər barəsində - red.) yayılan kağızlar  məxfi saxlanmalı idi... Lakin Lukaşenko sragağün artıq deyib ki, Putin ona desə, həmin əraziləri tanıyacaq. Bu da Gürcüstan hakimiyyətinin fəaliyyətsizliyinin nəticəsidir. Mən həqiqətən də dörd dəfə Londonda olmuşam və Lukaşenko ilə dörd məxfi görüş keçirmişəm. Bunun barəsində ilk dəfə danışıram, bu, gizli diplomatiya idi. Belarus Prezidentinin həmin əraziləri indiyə qədər tanımaması həmin görüşlərin nəticəsidir”.

Hürr Tərcüman