Saakaşvili məhkəmə iclası zamanı huşunu itirdi
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tbilisinin “Vivamed” özəl klinikasında keçirilən sərhədi qanunsuz keçmə işi üzrə məhkəmə iclası zamanı huşunu itirib.
Bu barədə siyasətçinin amerikalı vəkili Massimo Danqelo məlumat verib.
“Bu gün bizə məlum oldu ki, Saakaşvili dünən prokurorluğun nümayəndələri onun otağına soxularaq məhkəməni təşkil etməyə cəhd etdikdən sonra yüksək təzyiq nəticəsində huşunu itirib”, - vəkil bildirib.
Danqelonun sözlərinə görə, Saakaşvili nevroloq tərəfindən yoxlanılıb və o, acınacaqlı mənzərə görüb.
Saakaşvilinin xəstəxanada məhkəməsi oktyabrın 4-də keçirilib. Prokuror Levan Vepxvadzenin məhkəmə prosesi başa çatdıqdan sonra dediyi kimi, müttəhim ifadə verməkdən imtina edib. Vəkillər də öz növbəsində sabiq prezidentin xəstələndiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini iddia ediblər.
Sərhədi qanunsuz keçmə ilə bağlı növbəti məhkəmə prosesi oktyabrın 19-na təyin edilib. \\Bakupost.az