Saakaşvili məhkəmədə çıxış elədi: “Əvvəlcədən yazılmış komediya...”
2021-11-29 15:31:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu gün keçirilən məhkəmə iclasındakı çıxışında prokurorluğun ittihamlarını və Gürcüstan ədliyyəsini tanımadığını bəyan edib.
Saakaşvili hakimlər kollegiyasına müraciətlə deyib: “Prokurorluğun ittihamlarını və Gürcüstanın ədliyyə sistemini tanımıram. Mən buraya artıq əvvəlcədən yazılmış komediyanın bir hissəsi olmaq üçün gəlməmişəm”.
TASS agentliyinin verdiyi xəbərə görə, eks-prezidentin vəkili Şota Tutberidze mobil telefon vasitəsi ilə məhkəmə zalından birbaşa çəkiliş aparıb.
Hürr Tərcüman