📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvili müddətsiz aclıq elan elədi: “Lazım gəlsə, ölərəm”

2022-02-21 16:25:00

Saakaşvili müddətsiz aclıq elan elədi: “Lazım gəlsə, ölərəm”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bu gün məhkəmə zalındakı çıxışında həbsxanada düzgün müalicə olunmadığı üçün müddətsiz aclıq elan elədiyini bildirib. Saakaşvili məhkəmə iclasında deyib: “Məni məqsədyönlü şəkildə əlil eləməyə çalışılar. Siz (Gürcüstan hakimiyyəti) istəyirsiniz ki, mən belə sakitcə canımı tapşırım. Alınmayacaq. Lazım gəlsə, ölərəm, lakin, başı dik öləcəyəm. Bu gündən başlayaraq müddətsiz aclıq elan edirəm”.

Hürr Tərcüman