📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvili: "Navalnı öldü, bizi xilas edin"

2024-02-17 22:18:26

Saakaşvili:

"Aleksey Navalnı Putin rejiminə müqavimətin böyük qəhrəmanı idi. Ölümü böyük faciədir, amma bu labüd təhlükə çoxdan vardı".

Bunu Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü haqda bildirib.

O, rusiyalı müxalifətçinin ölümündən təəssüfləndiyini qeyd edib:"Əvvəllər Alekseylə aramızda fikir ayrılıqları olub, amma onun cəsarəti və böyük istedadına heyran olmuşam. Putinin dəstəklədiyi oliqarx Bidzina İvanişvili rejimi tərəfindən həbsxanada pis rəftar edildiyi vaxt mənimlə həmrəyliyini çox yüksək qiymətləndirmişəm. İndi Qərbi Rusiyadakı digər siyasi məhbusları xilas etməyə çalışmağa çağırıram. Məni də xilas etməyə çalışın". \\Bakupost.az