Saakaşvili: “Nazarbayev Qazaxıstan üçün çox şey edib”
Hurriyyet.az xəbər verir ki, Gürcüstanın eks-prezidenti, hazırda həbsxanada olan Mixail Saakaşvili “Feysbuk” şəbəkəsindəki səhifəsində Qazaxıstanda baş verən hadisələr barəsində fikrini bildirib. O, Qazaxıstan sakinlərinin davranışından bəhs edərək yazıb: “Bu qəhrəmanlıq konkret nümunə olaraq göstərir ki, rejim necə repressiyalar aparsa da, həbslər etsə də, hansı xüsusi təyinatlıları göndərsə də, insanlar hər yerdə azadlıq istyirlər və ədalətsizlik, korrupsiya və qeyri-formal idarəçiliklə barışmayacaqlar”.
Saakaşvilinin fikrincə, Nursultan Nazarbayev Qazaxıstan üçün Bidzina İvanaşvilinin Gürcüstan üçün etdiyindən çox şey edib: “Lakin bu, Nazarbayevə ölkəni öz şəxsi mülkü hesab edləmək və cah-cəlal içərisində üzərək, onu qeyri-formal şəkildə idarə eləmək hüququ vermir”.
Hürr Tərcüman