📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvili: “Qətl planınızı gerçəkləşdirə bilərsiniz, amma məni sındıra bilməzsiniz”

2022-12-15 21:51:00

Saakaşvili: “Qətl planınızı gerçəkləşdirə bilərsiniz, amma məni sındıra bilməzsiniz”

Hurriyyet.az xəbər verir ki, Mixail Saakaşvili klinikadakı vəziyyəti ilə bağlı palatada çəkilən videonun Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən yayılmasını “vəhşilik və ədəbsizlik” adlandırıb.

Saakaşvili “Mtavari Arki”də dərc edilən məktubunda yazır: “Dünən sistem bütün dünya qarşısında özünü tamamilə rüsvay etdi. Özünü ləyaqətli insan hesab edən hər kəsə müraciət etmək istəyirəm, insanlığınıza ümid edirəm. Dünyanın hər hansı bir ölkəsində, o cümlədən Rusiyada belə vəhşilik və ədəbsizliyi görmüsünüzmü?”

“Hər kəsdən artıq mənim quldur dəstəsi tərəfindən girov götürülmüş, bu dəstə tərəfindən hər cür terrora məruz qalan tibbi personala yazığım gəlir. Mənim başıma nə gəlirsə-gəlsin, bunda hamıdan az günahkar olanlar həkimlərdirlər. Heç kim əlinin kirini onlara silməyə çalışmasın”.

“Mənə gəlincə, anons elədiyiniz qətl planını həyata keçirə bilərsiniz, amma məni sındıra bilməzsiniz”.

Hürr Tərcüman