Saakaşvili siyasi mübarizəsini aclıq aksiyası ilə davam etdirir
2021-10-04 16:35:00
Hurriyyet.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Mixail Saakaşvilinin vəkili Qriqori Çiviaşvili Gürcüstanın eks-prezidentinin Ukraynaya təhvil verilməkdən imtina edəcəyini bildirib. Çiviaşvili qeyd edib ki, keçmiş prezident aclıq aksiyasını dayandırmayıb: “Saakaşvili mübarizəni davam etdirdiyini bu formada ifadə edir. Ekstradisiya məsələsində gəldikdə, Mixail Saakaşvilinin bu məsələdə mövqeyi öz vətəni Gürcüstanda qalmaqdır. Biz siyasi mübarizə planlaşdırırıq. Yəqin ki, o, ekstradisiyadan imtina edər”.
Hürr Tərcüman