📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvili tərəfdarlarını payızda küçələrə çıxmağa çağırıb

2024-07-29 16:55:34

Saakaşvili tərəfdarlarını payızda küçələrə çıxmağa çağırıb

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın eks-prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili Gürcüstanda parlament seçkilərinin nəticələrinin elan edilməsindən sonra kütləvi etirazlar keçirilməsi üçün çağırış edib. Seçkilər 2024-cü il 26 oktyabr tarixində keçiriləcək.
Saakaşvili öz tərəfdarlarını həmin tarixdən sonra küçələrə çıxmağa çağırıb.
Saakaşvili seçkilərə getməyin və onların gedişatına nəzarət etməyin zəruri olduğunu söyləyib və "hakimiyyət gürcü xalqının seçimini qəbul edənə qədər" etirazların davam etməli olduğunu deyib.
Qeyd edək ki, Gürcüstan parlamentinin başçısı Şalva Papuaşvili oktyabrın 26-da Gürcüstan sakinlərinin müharibə və sülh arasınd seçim edəcəyini deyib.
Hürr Tərcüman