Saakaşvili ukraynalıları onu dəstəkləməyə çağırdı
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti, Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin başçısı Mixail Saakaşvili ukraynalıları onu dəstəkləməyə və “Feysbuk şəbəkəsində #FreeMisha aksiyasına qoşulamağa çağırıb.
Saakaşvili Ukrayna vətəndaşıdır. Ukrayna Prezidenti Vladimir Zelenski şəxsən özünün və Ukrayna iqtidarının Sakkaşvilinin qaytarılması məsələsi ilə məşğul olacağını bəyan etmişdi. Gürcüstanlı prokuror Carci Tsiklauri isə Saakaşvilinin ekstradisiyası məsələsinin nəzərdə tutulmadığını bildirib.
Saakaşvilinin “Feysbuk” səhifəsində yazılıb: “Məni dəstəkləmək üçün keçirilən izdihamlı aksiyada mənim üçün ən böyük təhqir polisin Ukrayna bayraqlarını ovlaması və onları qəzəblə tapdalaması olub. Dəstək üçün sizə üz tuturam. “Feysbuk”da #FreeMisha kampaniyasına qoşulun, maşınlarınıza və evlərinizə bu sözləri yapışdırın! Sizi sevirəm!”
Hürr Tərcüman