📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Saakaşvili Ukraynaya təhvil verilməyəcək, uzun müddət həbsxanada qalacaq”

2021-10-29 14:03:00

“Saakaşvili Ukraynaya təhvil verilməyəcək, uzun müddət həbsxanada qalacaq”

 

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri  İrakli Qaribaşvili eks-prezident Mixail Saakaşvilinin Ukraya tərəfinə ekstradisiyasının baş verməyəcəyini bəyan edib. Qaribaşvili “İmedi” teleşirkətinin efirində bildirib: “Onun vaxtından əvvəl azad edilməsi və Ukraynaya təhvil verilməsi istisna edilir”. Baş nazir deyib: “Saakaşvili həbsxanada uzun müddət qalacaq, ona kəsilən həbs cəzasını tam çəkəcək. Saakaşvilinin planı aclığa davam edib, hansısa yolla təhlükəsizlik şəraiti olmayan  özəl xəstəxanaya düşmək və orada xaos təşkil eləməkdir. Xüsusi xidmət və dövlət orqanları özəl klinikada onun və başqalarının təhlükəsizliyini yüksək səviyyədə təmin edə bilməzlər. Onlar (Saakaşvilinin tərəfdarları – red.) dörd-beş-on min nəfəri səfərbər eləmək istəyirdilər ki, biz daimi xaos, gərginlik içərisində olaq.... Biz bu provokasiyaya imkan verməyəcəyik. O, uzun müddət həbsxanada oturacağını başa düşməlidir”.

Qaribaşvili Saakaşvilinin qəsdən öz sağlamlığına zərər verdiyini, hökumətin onun üçün həkimlər konsiliumu ayırdığını ayırdığını, həmin konsiliumun ona ciddi nəzarət elədiyini və tibbi yardım elədiyini qeyd edərək deyib: “Onun üçün rahat şərait yaratmışıq. Lazımi vaxtda onu Qldani həbsxana klinikasına köçürəcəyik”.

Hürr Tərcüman