Saakaşvili vertolyotun müşayiəti ilə məhkəməyə aparıldı, binanı polis və dəmir çəpərlərlə mühasirəyə aldılar
2021-11-29 12:26:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Gürcüstanın Ədliyyə Nazirliyinin penitensiar xidmətinin əməkdaşları ölkənin keçmiş prezidenti Mixail Saakaşvilini Tbilisi Şəhər Məhkəməsinə aparıblar.
Məhkəmədə 2007-ci il 7 noyabr tarixində mitinqin amansız şəkildə dağıdılması və “Imedi” teleşirkətinin ofisinin dağıdılması məsələlərinə baxılacaq.
Məhkəmə prosesinin başlanılmasına bir neçə saat qalmış Saakaşvilinin gücləndirilmiş mühafizə dəstəsi ilə Qori şəhərindəki hospitaldan aparıldığı, mühafizə dəstəsinə havadan vertolyotla nəzarət edildiyi bildirilir.
Hazırda məhkəmə binasının ərazisi polis tərəfindən mühasirəyə alınıb. Binanın ətrafı dəmir çəpərlə dövrələnib.
Bundan əlavə, həmin binada Saakaşvilinin məhkəməsindən başqa, keçirilən bütün məhkəmə işləri ləğv olunub.
Hürr Tərcüman