📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvili xalqa müraciət etdi: Darıxmamısız?

2021-11-29 16:23:00

Saakaşvili xalqa müraciət etdi: Darıxmamısız?

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili saxlanılmasından sonra ilk dəfə ictimaiyyət qarşısında geniş çıxış edib.

Hurriyyet.az xəbər verir ki, keçmiş prezident saat yarıma yaxın danışıb.

Saakaşvilinin çıxışı Gürcüstan telekanalları tərəfindən canlı yayımlanıb. Prokuror canlı yayımı bir neçə dəfə kəsmək istəyib.

“Ölkənizlə qürur hissi keçirmək üçün darıxmırsınız? Ölkənin inkişaf tempi və sürəti üçün darıxmırsınız? Bütün bunlar üçün darıxırsınızsa, bu gün baş verənləri hamımız birlikdə başa çatdırmalıyıq”, - Saakaşvili bildirib.