📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvili xalqı "birliyə və hücuma" çağırdı

2024-04-15 18:23:49

Saakaşvili xalqı

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın eks-prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili "ölkədə birlik və hücum vaxtının gəldiyini" bəyan edib. O, sosial şəbəkədəki səhifəsində yazıb: "Birlik və hücum zamanıdır!"
Aprelin 15-də Gürcüstan parlamenti hakim "Gürcü arzusu" partiyasının fraksiyasının təqdim elədiyi "Xarici təsirin şəffaflığı" barəsində qanun layihəsinin müzakirəsinə başlayıb.
Saakaşvili Gürcüstan sakinlərini yeni qanunun qəbul edilməsinə etiraz etməyə çağırıb.  Onun fikrincə, bu yolla Gürcüstanın Avropadakı gələcəyini, azadlığını və müstəqilliyini müdafiə etmək olar.
Hürr Tərcüman