“Saakaşvili xəstəxanaya aparılmalıdır”
Hurriyyet.az xəbər verir ki, Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvilinin şəxsi həkimi onun klinikaya çatdırılmasını tələb edir.
Hazırda Xüsusi penitensiar xidmət Saakaşvilinin xəstəxanaya aparılmasına ehtiyac olduğu barədə fikir səsləndirməyib.
Saakaşvilinin klinikaya aparılmasını şəxsi həkimi tələb edib.
“Mtavari arxi” telekanalına müsahibə verən Nikoloz Kipşidze deyib: “Belə xəstələrə aclıq qəti qadağandır, müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Bütün variantlarda bir proqnoz vardır – letal sonluq, yəni ölüm. İçəri daxil olub ilk növbədə həbsxananın direktoru və ya baş həkimi ilə görüşmək istəyirəm. Məqsədim bütün variantları, nəyi nə vaxt eləməyi müzakirə etməkdir. Hipoqlikemiya, şəkərin kəskin şəkildə azalması ilə qarşılaşa bilərik, reanimasiya tədbirləri görülməsə koma baş verə bilər. İstənilən zaman təcili köçürülmə tələbatı yarana bilər. Çünki həbsxananın özünün tibb məntəqəsi ciddi reanimasiya müalicəsinin aparılması üçün zəruri avadanlıqla təchiz edilməyib”.
Xatırladaq ki, Mixail Saakaşvili 1 oktyabr tarixində həbs edilib, həmin gündən etibarən aclığa başlayıb.
Hürr Tərcüman