"Saakaşvili yıxıldı və gözlərini açmadı"
2021-11-18 20:01:00
Həbsdə olan eks-prezident Mixail Saakaşvili vəkillərlə görüşdən sonra yıxıldı və türmə xəstəxanasının əməkdaşları onu xərəkdə apardılar.
Bu sözləri Saakaşvilinin vəkili Beka Basiliya deyib.
“Görüşümüzü yekunlaşdırandan sonra Mişa otaqdan çıxanda büdrədi və yıxıldı. Sonra xərək lazım oldu. Yerə yıxıldıqdan sonra Saakaşvilidən bir söz də eşitmədim. Hadisədən sonra Saakaşvili gözlərini açmadı”, - deyə vəkil bildirib.
Hələ ki, Saakaşvilinin vəziyyəti ilə bağlı rəsmi məlumat yoxdur. \\Ölkə.az