📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvili Zurabişvili ilə həmrəy olduğunu bildirib və ondan kömək istəyib

2024-11-01 15:21:33

Saakaşvili Zurabişvili ilə həmrəy olduğunu bildirib və ondan kömək istəyib

Hurriyyet.az xəbər verir ki, hazırda həbsdə olan Mixail Saakaşvili Gürcüstan Prezidenti Salome Zurabişvilidən onu əfv etməyi xahiş edib. Mürasiət mətni onun sosial şəbəkələrdəki səhifələrində yerləşdirilib. Saakaşvili bu halda Zurabişvilinin onun həbsinə görə tarixi məsuliyyət daşımasını istəmədiyini bildirib.
Gürcüstanın eks-prezidenti Prezident Zurabişvili ilə "tam həmrəy" olduğunu bildirib, onun prokurorluğun ifadə vermək dəvətinə rədd cavabı verməsini alqışlayıb.
Qeyd edək ki, prokurorluq Gürcüstan Prezidenti Salome Zurabişvilini istintaqa çağıraraq, onun parlament seçkilərini saxtalaşdırmaq iddalarını təsdiqləməsini istəmişdi. Zurabişvili bu dəvəti rədd edərək ifadə verməkdən imtina edib.
Hürr Tərcüman