📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvilidən Lukaşenkoya açıq məktub: “Hələ şansın var, gözəl balana sağlam və azad ata lazımdır”

2022-09-30 20:27:00

Saakaşvilidən Lukaşenkoya açıq məktub: “Hələ şansın var, gözəl balana sağlam və azad ata lazımdır”

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın eks-prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvilinin “Feysbuk” səhifəsində onun Belarusun Prezidenti Aleksandr Lukaşenkoya müraciəti ünvanlanıb:

“Mənim Lukaşenkoya müraciətim

İndi sənin vəziyyətdən çıxmaq şansın var. Əgər sən Abxaziyanı tanısan və xüsusilə də əgər sənin ərazindən Ukraynaya yeni təcavüz cəhdi olarsa – onda sən ağıllı bir kişi kimi başa düşməlisən ki, bu sondur! Mən Nikolaşkanın fotolarını görmüşəm, yaraşıqlı baladır.

Fikirləş ki, ona sağlam və azad ata lazımdır!”

Bəlli olduğu kimi, Lukaşenko bu günlərdə Abxaziyaya səfər edib, Abxaziyanın qondarma rəhbəri Aslan Bjaniya ilə onun bağ evində görüşüb və ona deyib: “Biz bu məsələləri böyük qardaşımız Vladimir Vladimiroviç Putinlə gecəyə qədər çox müzakirə etdik və eyni nəticəyə gəldik ki, Abxaziyanı tənha qoymaq olmaz...”

Bu addım Gürcüstanda narazılıqla qarşılanıb. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun Gürcüstanın Rusiyanın işğalı altındakı Abxaziya bölgəsinə səfərini pisləyib və bunun beynəlxalq hüquqa zidd addım olduğunu bildirib.

Xatırladaq ki, bu ilin  avqust ayında Bjaniya bildirmişdi ki, Abxaziya Rusiya və Belarusun İttifaq Dövlətinin üzvü olmağa hazırdır  –  baxmayaraq ki, Belarus hələ Abxaziyanı tanımır.

Hürr Tərcüman