📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvilini öz məhkəməsinə buraxmadılar

2021-11-10 15:24:00

Saakaşvilini öz məhkəməsinə buraxmadılar

 

Hurriyyet.az xəbər “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin bu gün məhkəməsi keçirilsə də, ölkənin Xüsusi penitensiar xidməti onun hazırda yerləşdirildiyi məhbəs xəstəxanasından məhkəmə zalına aparılmamasını qərara alıb. Xidmətin bu gün yayılan açıqlamasında qərarın Saakaşvilinin təhlükəsizliyi üçün verildiyi bildirilir.

Saakaşvilinin vəkili Beka Basiliya dünən Tbilisi Şəhər Məhkəməsinin nümayəndəsinə istinad edərək, Saakaşvilinin 10 noyabr tarixində keçiriləcək məhkəmədə iştirak edəcəyini xəbər vermişdi.

Bundan əvvəl Ədliyyə naziri Rati Breqadze bildirmişdi ki, rəhbərlik etdiyi qurum prosesin məhkəmədə keçirilməsini tövsiyə etmir və Saakaşvilinin özünün təhlükəsizliyi üçün məhkəmənin həbsxanada keçirilməsini təklif edir.

Saakaşvili sentyabrın 29-da gizli şəkildə Gürcüstana keçmiş, oktyabrın 1-də Tbilisidə həbs edilmişdi. O, prezident vəzifəsini tərk edib xaricə gedəndən sonra qiyabi olaraq bir neçə maddə üzrə ittiham edilmişdi.

Hürr Tərcüman