📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvilini zorla Qldan həbsxanasına aparıblar

2021-11-11 15:57:00

Saakaşvilini zorla Qldan həbsxanasına aparıblar

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsxana xəstəxanasına  aparılıb. Bu barədə məlumatı “Sputnik Gürcüstan” verib.

Gürcüstanın Ədliyyə Nazirliyi onun Qldan həbsxanasına aparıldığını əks etdirən video yayıb. Videoda Saakaşvilinin getmək istəmədiyi, dörd nəfər asayiş keşikçisinin onun iki əlindən və ayaqlarından yapışaraq palataya aparıb, orada yerə qoyduqları göstərilib. Burada o, tibb ləvazimatlarını yerə atıb, müəssisənin əməkdaşlarından birinin üzünə zərbə vurub.

Ədliyyə naziri Rati Breqadze bu kadrları şərh edərək deyib: “Belə görünür ki, Saakaşvili çox yaxşı fiziki formadadır”.

Qeyd edək ki, dünən ədliyyə qurumları “Saakaşvilinin təhlükəsizliyi” üçün onun öz məhkəməsində iştirak etməsinə icazə verməmişdilər.

Videonu Mixail Saakaşvilinin “Feysbuk” səhifəsində də izləmək olar.

 

Hürr Tərcüman