Saakaşvilinin anası kömək istədi: “Oğlum ölüm ayağındadır!”
Hurriyyet.az xəbər verir ki, Gürcüstanın eks-prezidenti, hazırda həbsdə və ağır vəziyyətdə olan Mixail Saakaşvilinin anası Giuli Alasaniya oğlunun “Feysbuk” səhifəsindən Gürcüstan və dünya ictimaiyyətinə müraciət edərək onun həyatını xilas eləmək üçün cəhd eləməyə çağırıb.
Giuli Alasaniya yazıb: “Mən Gürcüstan cəmiyyətinə müraciət etmək istəyirəm. Oğlum, Gürcüstanın üçüncü prezidenti və Ukrayna Milli İslahatlar Şurasının sədri ölüm ayağındadır. Klinika həkimləri çarəsiz qalıblar.
Hər kəsdən, hakimiyyət orqanlarından, Gürcüstan ictimaiyyəti və beynəlxalq ictimaiyyətdən oğlumu xilas etməyi xahiş edirəm. Bütün biganə olmayan şəxslərdən xahiş edirəm ki, məhkəməyə gəlsinlər və heç bir siyasət olmadan dinc şəkildə insan həyatının xilası üçün öz mövqelərini bildirsinlər.
Həyatımda heç vaxt belə bir çağırışla müraciət etməmişəm, amma indi mənim üçün çox çətin məqam gəlib və hər kəsin həmrəyliyinə, səbrinə ümid edirəm”.
Hürr Tərcüman