📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvilinin anası: “Oğlum huşunu itirərək yıxılıb, yanında kimsə olmayıb” – Reanimasiyaya aparıldı

2023-01-31 17:59:00

Saakaşvilinin anası: “Oğlum huşunu itirərək yıxılıb, yanında kimsə olmayıb” – Reanimasiyaya aparıldı

Hurriyyet.az “Qruzia onlayn” portalına istinadla xəbər verir ki, Gürüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvilinin vəziyyəti daha da ağırlaşıb.

Saakaşvilinin anası Qiuli Alasaniya səhərin erkən saatlarında oğlunun huşunu itirdiyini xəbər verib. Onun sözlərinə görə, oğlu ağır xəstədir və koronavirus infeksiyasının keçməsinə baxmayaraq, hələ də qızdırması yüksəkdir və o, hərəkət edə bilmir.

Saakaşvilinin anası deyib: “Bu, gecə saat 3-4 arasında olub. Vanna otağında. Görünür, içəri daxil olub və yıxılıb. Gecə palatada heç kim olmur. Tibb bacısı, aralıda, dəhlizdə oturur. Oğlum çağıranda gəlir.

Bu gün həkimlər gəlib, onu müayinə ediblər. Nevroloqla və müalicəsini aparan həkimlə danışdım. Huşunu itirməyinin səbəbi həddən artıq zəifləməsidir.

Bir neçə gün əvvəl məhz burada, “Vivamed” klinikasında bunun faciə ilə bitə biləcəyini proqnozlaşdırmışdılar.

Həkimlər vəziyyətinin ciddi olduğunu deyirlər, bəzi hesablamalar aparıblar, müalicə təyin edəcəklər. Görək nə olur.

Bu gün çox yüksək temperaturu olub. 39 dərəcəyə yaxın. Baxmayaraq ki, koviddən sağalıb. Yeriyə bilmir. Hələ ki, süni qidalanmadan imtina edir”.

Klinikadan verilən informasiyaya görə, hazırda Saakaşvilini reanimasiya şöbəsinə köçürməyə hazırlaşırlar.

Xəbər verdiyimiz kimi, endrokrinoloq Lali Cavaşvili  yanvarın 30-da Tbilisi şəhər məhləməsinin iclasındakı çıxışı zamanı onun orqanizmin bir neçə sisteminin zədələnməsindən əziyyət çəkdiyini,  poliorqan çatışmazlığının “bir addımlığında, ölüm ayağında olduğunu bildirib.

Hürr Tərcüman

Мать Саакашвили заявила о его критическом состоянии - NEWS.ru — 09.01.23