📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvilinin meyitdən fərqi yoxdur, sanki bu dəqiqə öləcək - Vəkili

2022-07-07 22:45:00

Saakaşvilinin meyitdən fərqi yoxdur, sanki bu dəqiqə öləcək - Vəkili

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin vəkili onun səhhəti barədə son açıqlama verib.

 

Eks-prezidentin vəkili Şalva Xaçapuridze onun vəziyyətini ölü ilə müqayisə edib.

 

O, bildirib ki, siyasətçinin səhhəti çox ağırlaşıb:

 

"Saakaşvili çox ağır durumdadır. Üzü göyərib, əlləri gücsüzdür. Üzünə baxanda sanki meyitdir. Elə bil ki, 2-3 gün qabaq ölmüş insanın simasıdır. Çox ağır durumdadır. Onun xəstəlikləri Gürcüstanda müalicə oluna bilməz".

 

Vəkil Saakaşvilinin cəzasının həkimlər qəti rəy verənə qədər təxirə salınmasının vacibliyini qeyd edib: "Onun üçün xüsusi yer lazımdır ki, o müalicə olunsun".

 

Hazırda Saakaşvili may ayından köçürüldüyü özəl klinikada yatır. Amma səhhətində irəliləyiş yoxdur. \\Bakupost.az