📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvilinin oğlu: "Atam Gürcüstana qayıtdığına peşman olub"

2022-09-10 09:58:00

Saakaşvilinin oğlu:

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvilinin oğlu Eduard Sakaşvili “Vivamed” klinikasında atasına baş çəkdikdən sonra deyib: “Atam dərk edir ki, Gürcüstana qayıtmaqda səhv edib, mən bunu ondan dəfələrlə eşitmişəm. Fikirləşirəm ki, o, buraya gəlməməli  olduğunu fikirləşir. Bu gün onun prioriteti sadəcə sağ qalmaq və sağlamlığını qaytarmaqdır”.

Eduard Saakaşvilinin sözlərinə görə, eks-prezidentin bu vəziyyətdə hər hansı bir siyasi fəaliyyətlə məşğul olacağını təsəvvür eləmək çətindir. Onun sözlərinə görə, Mixail Saakaşvilinin fiziki varlığı “siyasi planlar rejimindən daha çox sağ qalmağa çalışmaq rejimindədir”.

Hürr Tərcüman