Saakaşvilinin partiyası ona dəstək mitinqlərini anons etdi
2021-10-05 17:55:00
Gürcüstanda "Vahid Milli Hərəkat" ölkənin həbs olunmuş 3-cü prezidentinə dəstək üçün kütləvi mitinqin keçiriləcəyini elan edib.
"Tezliklə paytaxtda çox böyük tədbir keçiriləcək, bütün ölkə təşkilatlanacaq. Mitinqin əsas tələbi Mişanın azad olunması və növbədənkənar seçkilər olacaq. Prezident uzun müddət oliqarx İvanişvilinin əsiri qala bilməz. Cəmiyyəti əmin etmək istəyirəm ki, o öz sağlamlığını və həyatını xalqa necə təslim etdisə, indi də bizim eyni cür davranmağımızın vaxtıdır. Bir bir yerdəyik", deyə Xabeişvili bildirib.
Ülviyyə, Hurriyyet.az