Saakaşvilinin tərəfdarları həbsxananın qarşısına axışdılar
2021-10-04 17:40:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin yüzlərlə tərəfdarı bu gün Rustavi şəhər həbsxanasının qarşısına toplaşaraq, orada dustaq saxlanılan siyasətçinin azad edilməsini tələb edirlər.
Aksiyaya ölkənin müxtəlif regionlarından avtomobillərlə insanlar axışıblar. Kütlə içərisində çoxsaylı Gürcüstan bayraqları ilə yanaşı, Ukraynanın, Azərbaycanın, Avropa İttifaqının, NATO-nun da bayraqları dalğalanır. Nümayişçilərin qaldırdıqları plakatların üzərində yazılıb: “Siyasi təqibə son qoyulsun!”, “Mixail Saakaşviliyə azadlıq”.
Hürr Tərcüman