📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Saakaşvilinin üzü 2-3 gün əvvəl ölmüş adamın üzünə oxşayır” – vəkil

2022-07-07 14:18:00

“Saakaşvilinin üzü 2-3 gün əvvəl ölmüş adamın üzünə oxşayır” – vəkil

Hurriyyet.az “Qruziya onlayn” portalına istinadla xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze IPN agentliyinə müsahibəsində onun səhhətinin pisləşdiyini söyləyib. Vəkil Saakaşvilinin meyitə bənzədiyini deyib: “Onun halı çox pisdir. Üzü qaralıb, piqmentlər əmələ gəlib, əlləri cansızdır, sifəti 2-3 gün əvvəl ölmüş insanın sifəti kimidir. Vəziyyəti çox ağırdır”.

Saakaşvilinin müalicəsindən və sağlamlığının bərpasından danışan Xaçapuridze qeyd edib ki, ilk növbədə cəzanın icrasını dayandırmaq lazımdır, bundan sonra həkimlər onu harada müalicə eləmək lazım olduğuna qərar verərlər. Vəkil deyib: “Mənim əldə edə bildiyim informasiyaya görə, Saakaşvilinin xəstəliyinin Gürcüstanda müalicəsi yoxdur”.

Hürr Tərcüman