📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşviliyə qan köçürüldü

2021-10-23 13:36:00

Saakaşviliyə qan köçürüldü

 

Hurriyyet.az “RİA Novosti” saytına istinadən xəbər verir ki, oktyabrın 1-dən aclıq aksiyası keçirən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə qan köçürülüb. Bu barədə məlumatı “Sputnik Gürcüstan”a onun şəxsi həkimi Nikoloz Kipşidze verib: “Onun bir parametri çox pisdir, biz də ona qaç köçürdük. Qan köçürülməsi prosesi çox yaxşı keçdi. Bizə həbsxananın həkimləri və reanimobil briqadası kömək elədi”.

Kipşidzenin sözlərinə görə, həbsxanadakı tibb kabineti belə proseduralar üçün nəzərdə tutulmadığından qanköçürmə faktiki olaraq çöl şəraitində keçib. O, Saakaşvilinin həbsxanadan xaricdə, klinika şəraitində müalicəyə ehtiyacı olduğunu söyləyib.

Saakaşvili 1 oktyabr tarixində Gürcüstanda həbs edildiyi gündən aclıq elan edib. Onu qiyabi olaraq, bankir Sandro Qirqvlianinin qətlində,deputat Valeri Qelaşvilinin döyülməsində ittiham ediblər. Onu həm də 2007-ci ilin 7 noyabrında müxalifətin mitinqinin, “İmedi” telekompaniyasının məkanının dağıdılmasında ittiham edirlər. 

Hürr Tərcüman